Tarixin üz döndərdiyi gerçək bir inqilabçı Con Braun

Con Braun haqqında

Image result for john brownKiminsə bioqrafiyasına oxşar bir şey yazacağımı heç vaxt düşünməmişdim. Adətən belə bioqrafiyalar cansıxıcı və ensiklopedik olur. Amma Azərbaycan dilində vikipediya məqaləsindən başqa haqqında heç nə olmayan tarixin gördüyü və unutduğu inqilabçılardan olan Con Braunun həyatından xəbərdar olduğum halda yazmamaq vəfasızlıq olardı. Məncə Con Braun insanlıq tarixinin ən dürüst tarixi şəxsiyyətlərindəndir. Güclülərə qarşı üsyanı yalnız güc istəyənlərin etmədiyini, hətta heç bir şəxsi marağı olmadığı halda belə hər şeyini ədalət naminə riskə ata biləcək qədər idealarına bağlı olduğunu isbat etmişdir. İdeaları uğrunda bütün var dövlətindən, hətta canından keçə biləcəyini göstərmişdir. Heç şübhə yox ki, dövründə bir çox insan onu fanatik bir terrorist olaraq görmüşdür. Hərəkətlərinə baxdıqda onlara haqq verməmək mümkün deyil. Amma dəqiq olan bir şey var ki, Con Braun bu günün qəhrəmandır. Tarix onu pakladı.
Girişi uzatmaq və şəxsi düşüncələrimi daha çox yazmaq istəmirəm. Tanış olun.



Con Braun


Con Braun 9 may 1880-ci ildə  Torrington, Connecticutda doğulub. Uşaqlığı Hudson Ohioda keçib. Böyük ehtimalla əcdadları 17-ci əsrdə İngiltərədən gələn bir puritan ailəsi idi. Conun atası Owen Brown köləlik əlehdarı bir aktivist idi. Qaçan kölələri öz evində gizlədir və onların şimala ( köləliyin qismən və ya ümumiyyətlə olmadığı yerə) qaçmasına kömək edirdi. O vaxtlar Conun yaşadığı yerin ətrafında ibtidai məktəb yox idi buna görə də o birbaşa abolsiyonistliyi ilə tanınan məşhur Elizur Wright liseyinə getməli oldu. (İngiliscə Abolitionism ləğv etmək mənasını verir. Abolsiyonistlər köləliyin ləğv edilməsini istədikləri üçün belə adlanırlar) Abraham linkoln da bir Abolsiyonistdir). Con Braunun düşüncəsi belə bir şəraitdə formalaşmışdır. Qatı dindar və kölə əlehdarı bir atanın tərbiyəsini görmüş, köləliyin ləğvini incillə əsaslandırmışdır. Braun keşiş olduqdan sonra öz moyizələrində davamlı olaraq köləliyi tənqid etmiş və əxlaqa zidd olduğunu müdafiə etmişdir. Qeyd etmək lazımdır ki, bu illərdə Amerika siyasətində onsuzda Abolsiyonistlər var idi. Lakin bu dövrdə Abolsiyonistləri şərti olaraq 2 yerə bölmək mümkün idi. Bir tərəfdə Arasında Abraham Linkolnun da olduğu daha mülayim tərəf. Hansı ki, onlar köləliyin birdən-birə ləğv olunmasına qarşı çıxır, bunun yalnız gələcəkdə islahatlar ilə əldə olunacağına inanırdıar. Bir növ heç nə etməyərək gələcəyə ümid etməyi seçirdilər. Con Braun və William Lloyd Garrison kimi radikallar isə köləliyin qəti olaraq məhz bu an ləğv olunmasına tərəfdar idilər. Hətta Garrison mülayim cinağa,
- "Evi yanan bir adama mülayim bir siqnal verməsini söyləyin." Başlıqlı kinayəli bir çıxışla qarşı çıxdı. Hər kölə bir insandır. Onlara gələcəkdə nə vaxtsa köləliyin ləğv oluna biləcəyinin vəəd edilməsinin evi yanan bir adama gələcəkdə kömək vəəd edilməsi arasında bir fərq olmadığını göstərdi.




Image result for john brown

Qanayan Kanzas. (Bleeding Kansas)

Con Braunun geniş kütlə tərəfindən tanınması isə “Bleeding Kansas” ixtişaşları ilə başlamışdır. Daha dəqiq başa düşülməsi üçün deyim ki, Amerika Birləşmiş Ştatları bir çox ştatdan ( state= dövlət) təşkil olunmuşdur. Federal (Ümumi) bir konstitutsiya ilə yanaşı hər bir ştatın özünün də konstitutsiyası parlamenti var buna görə də ştatlar arasında hüquqi və qanuni fərqlər çox normaldır. Köləliyin qanuni olub olmaması da məhz ştatların daxili məsələsi idi.
1854-cü ildə ABŞ konqresi Kanzas ərazisinin ştat olaraq ABŞ-ın tərkibinə keçməsi üçün bu bölgələrdə yaşayan kölələrin ABŞ-ın tərkibinə köləmi yoxsa azad bir vətəndaş olaraqmı qatılacaqlarına qərar vermələrini bildirən “ Kansas-Nebraska Qanununu qəbul etdi. Bu qanun üzərinə şimaldakı təşkilatlanmış qruplar vəziyyəti azadlıq tərafdarlarının xeyrinə dəyişmək üçün minlərlə tərafdarını bölgəyə göndərdi.
 1854-cü ildə isə Abolsiyonistlər hakimiyyətddə olan köləlik tərafdarlarını qanuni olmamaqla günahlandırmış və hakimiyyətdən düşdüklərini elan etmişdir.  Beləki 1854-cü ildə Kanzas ştatında iki hakimiyyətlilik yaranmışdır. Bundan sonra köləlik tərafdarları ilə əlehdarları arasında ixtişaşlar başlamışdır. ( daha sonra 1861- ci ildə başlayan Amerika vətəndaş müharibəsinin isə bir növ hazırlığı olmuşdur). İxtişaşlar illərlə davam edən seçim saxtakarlığı, basqınlar, hücumlar ilə davam etdi. Köləlik tərəfdarları özlərinə “Border Ruffians” (sərhəd qoçuları) köləlik əlehdarları isə “Free-Staters" yəni azad senatorlar deyirdilər.
Con Braunun isə bu ixtişaşlarda kiçik könüllü qruplara rəhbərlik etmişdir. Və adı geniş ictimaiyətə məlum olmuşdur. Kanzasdakı bu ixtişaşlarda  Con Braunun tərafdarlarından təxminən 30-40, köləlik tərafdarları Uilyam Quantril-in əsgərlərindən isə 20-30 nəfər öldürülmüşdür. Bu ixtişaşlar zamanı Con Braun mülayim abolsiyonizm tərəfdarlarını,
-          "Bu adamların hamısı danışır! Ehtiyacımız olan tək şey hərəkətə keçməkdir! Hərəkətə keçmək!" sözləri ilə tənqid etmişdir.
1856-cı ildə Kanzas ixtişaşları zaman Braun və dəstəkçiləri “Pottawatomie qətliamında” 5 köləlik yanlısını öldürdülər. Bu Kanzasda baş verən hadisələrdən sadəcə biri idi. Eyni zamanda köləlik tərəfdarları da abolsiyonistlərə qarşı amansız idilər. Bu hadisələrdən sonra Con Braunun 2 oğlu daxil olmaqla 3 nəfər köləlik tərafdarları tərəfindən əsir alındı.
Kanzasda baş verən bu ixtişaşlar isə daha sonra ABŞ tarixinə Bleeding Kansas yəni Qanayan Kanzas adı ilə həkk olunacaqdır. 1861-ci ildə isə artıq bu ixtişaşlar bütün ölkə ərazisinə yayılacaq və vətəndaş müharibəsi başlayacaqdı.

Image result for bleending kansas 

Qara Cek döyüşü (Battle of Black Jack)

2 iyun 1856-cı ildə Braun və tərəfdarlarından 29 nəfər Henri Pate və tərəfdarları ilə Black Jack-da (Kanzasda şəhərdir) qarşılaşdılar. Bu, Braunun iki oğlunun Pate tərəfindən tutulub əsir götürülməsindən sonra baş vermişdi. Beş saat davam edən döyüş köləlik əlehdarlarının xeyrinə oldu. Pate və 22 tərəfdarı fidyə üçün tutuldu. Braun digər əsirlər ilə birlikdə övladlarını azad etdikləri halda onları azad etməyə razılıq verdi. Döyüşdə iki tərəfin də qoşunlarının sayı təxminən 30 idi.

Osawatomie döyüşü  (Battle of Osawatomie)


Osawatomie döyüşü  1856-cı ildə 30 avqustda baş vermişdir. W.Reid və digər köləlik tərafdarları təxminən 250-400 nəfərlik heyət ilə abolsiyonistlər tərəfdindən məskunlaşan Osawatomie qəsəbəsinə hücum təşkil elədi. Reidin məqsədi free-staterslərə burda ağır zərbə vurub və daha sonra Topeka və Lawrence-ə keçərək abolsiyonistləri məğlub etmək idi. Osawatomie qəsəbəsi Con Braun üçün mərkəzi qərargah rolunu oynayırdı.
Braun Reidin hücumundan xəbər tutdu bu xəbərlə yanaşı o oğlu Frederickin də vurulduğunu öyrəndi. Sadəcə 40 nəfər silahlı əsgəri olan Braun ərazini müdafiə etməyə çalışdı. Döyüş zamanı Reid toplarını üzüm suyu ilə doldurdu və sonra meşə yolunu kəsdi. İlk əvvəl qorxmuş abolsiyonistlər özlərinə gələrək geri atəşə başladılar, baxmayaraq ki, uzaq məsafədən atışma on beş dəqiqə ərzində hər iki tərəfə az ziyan vurmuşdu. Reid tərəfdarları mütləq üstünlüyü ələ keçirdi və Braun qüvvələri geri çəkilməyə məcbur oldu. Abolsiyonistlərdən beşi, o cümlədən Frederik Braun öldürüldü.
Köləliyi dəstəkləyən qüvvələr, Braun adamlarını tutmaq əvəzinə, diqqəti qəsəbənin özünə yönəltdilər. Sonda John W. Reid rəhbərliyindəki adamlar Osawatomie'yi keçərək demək olar ki, bütün binaları yandırdılar. Getmədən əvvəl, qəsəbəni qarət etdilər və altı əsir götürdülər, ancaq John Brownun özünü tapa bilmədilər. Reid qüvvələri Topeka da daxil olmaqla yolda digər şəhərlərə yürüyüşlər edərək şimala hücuma davam etdilər.

Image result for battle of black jack

AZADLIQ RUHU VİRGİNYADA.

1859-cu ilin oktyabrında Braun, Virciniya və Şimali Karolinanın dağlıq bölgələri boyunca cənubda yayılacaq bir qul azadlığı hərəkatına başlamaq niyyətində idi. Bu məqsədlə Harpers Ferry, Virciniyasında (bu gün Qərbi Virciniya) yerləşən federal silah qarnizonuna basqın etdi.
Arsenaldan olan silahlarla qulları silahlandırmaq fikrində olan Braunun planları əslində olduqca diqqətlə hazırlanmışdı. Məsələn nizami orduya qarşı mübarizə aparmaq üçün dağlıq ərazinin seçilməsi və ya qulların üsyan edə biməsinə əsas maneənin  silahlara əlçatanlıq olmamasını anlaması. Buna görə də üsyanı məhz silah ambarına hücum ilə başlatmasını göstərmək olar. Və nəzəri olaraq planda hər şey demək olar ki ideal idi. Hətta Braunun yanında Quracağına ümid etdiyi dövlət üçün bir konstitusiya layihəsi də var idi. Bu hadisə tarixə Harpers Ferry basqını olaraq keçdi.
Lakin onun üsyanına az sayda yerli qul qoşuldu. Bunun kölələrin təbii olaraq qorxması ilə yanaşı Con Braunun azad etdiyi qullara tamamilə azadlıq verməsi, özünə qoşulmağa məcbur etməməsi idi. 36 saat ərzində Braun qaçmayan adamları Robert Ferminin başçılıq etdiyi yerli fermerlər, milislər və ABŞ dəniz piyadaları ilə silahlı münaqişəyə girdi. Nəticə etibarı ilə də məğlub oldu və həbs edildi. Virciniyada Dövlətə qarşı xəyanətə, beş nəfərin öldürülməsi və qul üsyanının qaldırılması maddələrində ittiham olundu və tələsik mühakimə edildi, bütün ittihamlarda günahkar bilinərək asıldı. Ölkə tarixində dövlətə xəyanətdə ittiham olunan ilk şəxs məhz o idi.
Image result for Harpers Ferry raid


Braunun üsyanının nəticələri.


Braunun üsyanı hərbi olaraq tam bir uğursuzluqla nəticələndi. Lakin hadisənin sosial və siyasi tərəfləri də var idi. Bütün cənublu quldarlar bu hadisədən sonra bərk təşvişə düşdülər. Təşvişin əsas səbəbi isə Braun üsyanının məntiqi olaraq düzgün qurulması (gələcəkdə yenidən təşkil edilə bilər deyə) və geniş kütləyə ( bütün kölərə) xitab etməsi idi.

 Harpers Ferry basqını o cümlədən Braunun tələsik məhkəməsi mətbuatda geniş işıqlandırıldı. Məhz bundan sonra şimalda köləliyə qarşı sərt tədbirlər alınmasına tərəfdar olanların sayı artdı. Bunun nəticəsi olaraq cənub da şimalın daimi köləlik əlehinə olan təsirlərindən çəkinməyə başladı və beləliklə qəti olaraq şimaldan ayrılmaq qərarına gəldilər. Daha sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarında bir abolsiyonist hakimiyyətə gəldi. Bu Abraham Linkoln idi. və sadəcə 1 il sonra vətəndaş müharibəsi başladı. (1861-1865) Vətəndaş müharibəsinin ən böyük hərəkət verici qüvvəsi məhz köləliyin ləğvi ilə bağlı olan fikr idi. Və nəhayət köləlik rəsmi olaraq 1863-cü ildə ləğv edildi. Con Braunun ölümünün 4-cü ilində köləlik tamamilə ləğv edildi. Köləliyi ləğv edən Abraham Linkoln köləliyin ləğvinə yol açan Con Braunla eyni taleyi bölüşdü. Abraham Linkoln Vətəndaş Müharibəsinin bitməsindən cəmi 6 gün sonra cənublu radikal aktyor tərəfindən teatrda güllələndi.


Image result for amerikan iç savaşı



Con braunun son sözləri.


Con Braun asılarkən son sözləri bunlar olmuşdu:

-        - Mən Con Braun! Bu günahkar ölkənin günahlarının yalnız qanla təmizlənəcəyinə artıq olduqca əminən. İndi də öncəki kimi düşünürəm. Bu qədər çox qan tökülməsəydi özümü boş yerə tərifləmiş olardım. Bəli. Məni assınlar! Onları bağışlayıram! Və tanrı nə etdiklərini bilmədikləri üçün onları bağışlaya bilər.



Image result for Execution of john brown



Görüldüyü kimi Con Braun son sözlərində də yanılmadı. Bu günah ancaq qanla təmizlənəcək dedi. Və amerikada köləlik yalnız vətəndaş müharibəsindən sonra qaldırıla bildi.

Eyni zamanda onlar “nə etdiklərini bilmirlər sözlərinə də diqqət çəkmək istəyirəm”. Burada Solomon Northup-ın “12 illik əsarət” kitabında 12 İl kölə edilmiş azad bir qaradərili olan Solomonun Öz ağası olan Fordu çox sevdiyini, ağasının heç vaxt kölələrə pis davranmadığını hətta bəzən onlara özü ilə bərbərmiş kimi rəftar etdiyini deyir. Bu zaman isə Fordun heç vaxt köləliyin əxlaqsız bir şey olduğu haqqında düşüncələrinin olmadığını tamamilə köləci bir cəmiyyətdə böyüdüyü üçün heç vaxt bunu sorğulaya bilmədiyini deyir. Eyni zamanda bu hadisə sonradan Solomonun qaçmasına kömək olan Baas ilə Solomonun yeni ağası Edven Hebs arasında müzakirədə də bu açıq görünür.
Baas – Amerika Konstitutisiyası bütün insanlar bərabər doğulmuşdur və azaddır deyir. Doğru olan da budur.
Edven Hebs- həə. Amma orda zəncilər və meymunlar da azaddır demir!
Burada əsas məsələ köləlik tərəfdarlarının azğın bir cani olmasından çox nə etdiyini bilməyən, öz dəyər ölçülərini heç vaxt sorğulamayan adamlar olduğu diqqət çəkir.
( Solomon Nortup-ın 12 illik əsarət kitabını oxumağınızı tövsiyə edirəm)




Pis şöhrətli Con Braun və Con Braunun bədəni. (Jonh Browns budy)


Amerika Vətəndaş Müharibəsi zamanı köləliyin ləğvi üçün vuruşan birlik əsgərləri “Con Braunun bədəni) adlı bir yürüyüş marşını söyləyirdilər. Bostonlu bir abolsiyonist olan Julia Ward Howe bu mahnını eşitdikdən sonra mahnın musiqisi üzərinə yeni sözlər bəstələdi. Və adını “Cümhuriyyətin Müharibə Nəğməsi” qoydu.

Amerikada vətənxainliyi adı altında öldürülən Con Braunun şəninə bəstələnmiş bir marşın bu gün Amerika Birləşmiş Ştatlarında ən çox sevilən vətənpərvər bir nəğmə olması da tarixin özü qədər ironikdir.
Con Braunun bədəni adı marşın linki : https://www.youtube.com/watch?v=bSSn3NddwFQ
Cümhuriyyətin müharibə nəğməsi:https://www.youtube.com/watch?v=Jy6AOGRsR80



Con Brauna dövründə bir çox insan tərəfindən radikal bir terrorist kimi baxıldığından ona “pis şöhrətli” ləqəbini vermişdilər. buna görə də onun şəninə yazılmış mahnının sözləri onun adını paklayır. Şöhrət! Şöhrət! Şöhrət Halleluya!




                                                                 Mahının sözləri.

Con Braun bədəni yatır məzarda,
Con Braun bədəni yatır məzarda,
Con Braun bədəni yatır məzarda,
Ancaq ruhu irəliləməyə davam edir.

Cənnətdəki ulduzlar yuxarıdan aşağı baxırlar.
Cənnətdəki ulduzlar yuxarıdan aşağı baxırlar.
Cənnətdəki ulduzlar yuxarıdan aşağı baxırlar.
Yaşlı Con Braunun məzarı üstündə.

Şöhrət, Şöhrət, Halleluya
Şöhrət, Şöhrət, Halleluya
Şöhrət, Şöhrət, Halleluya
Ruhu irəliəməyə davam edir.

O dürüst on doqquz adamı ilə Harper's Ferry-i tutdu
Qoca Virciniyanı vahiməyə saldı
Onu bir satqın deyə asdılar, lakin özləri xain heyəti
Ancaq ruhu irəliəməyə davam edir.

Şöhrət, Şöhrət, Halleluya
Şöhrət, Şöhrət, Halleluya
Şöhrət, Şöhrət, Halleluya
Ruhu irəliəməyə davam edir.

...

Braun bir abolsiyonist kimi etdiyi hərəkətlər və istifadə etdiyi taktika bu gün də onu mübahisəli bir hala gətirir. Həm qəhrəman bir şəhid və uzaqgörən kimi xatırlanır həm də dəli və terrorçu kimi pislənir. Tarixçi Ceyms Loven Amerika tarix dərsliklərini araşdıraraq qeyd etdi ki, tarixçilər Braunu təxminən 1890-cı ilə qədər mükəmməl ağıllı hesab edir, lakin onu 1890-cı ildən 1970-ci ilə qədər dəli kimi təsvir edirlər. Daha sonra isə yenidən bir qəhrəman kimi qarşılandığını görürük.



ədəbiyyat siyahısı.


  1.  David S. Reynolds, John Brown, Abolitionist: The Man Who Killed Slavery, Sparked the Civil War, and Seeded Civil Rights (2005); Stephen Oates quoted at [1]
  2.  Territorial Kansas Online: John Brown (1800–1859), territorialkansasonline.org; 
  3. John Brown: In His Own Words – Prelude". Zikibay.com
  4. Entellektüelin kutsal kitapı- səh 233
  5. https://en.wikipedia.org/wiki/John_Brown_(abolitionist)
  6. Solomon Nortup-ın 12 illik əsarət


Yorumlar

Pashablogu dedi ki…

Köləlik əlehdarlarını mənfi obrazlarda hiyləgər olaraq təqdim edən, köləlik tərəfdarlarının isə əsl bir centlmen olduğu. Con Braunun qatil və quldur kimi təqdim edildiyi, 1940-CI İL ildə (diqqət edin 1890-1970-ci illər arasında) çəkilən irqçi və populist Santa Fe Yoluna filminə də “eşq” olsun.
Ama ən azından Con Brounun həyatına və mübarizəsinə toxunur deyə paylaşacam : https://www.youtube.com/watch?v=dQZfRXhGqmc
Filmdə həqiqəti əks etdirməyən əsas nöqtələr isə bunlardır.
(1. qeyd filmdə Con Braunun fəaliyyətinin böyük bir qismi bu gün terroristlərin metodları ilə üst-üstə düşür. Bu filmdə düzgün göstərilib. Lakin Braunun gizləndiyi və ya oğlunun əsir düşüb ona xəyanət etməsi haqda olan hissə tamamilə gerçəkliyi əks etdirmir. Con və tərəfdarları Osawatomie-da açıq şəkildə kamp qurmuş və silahlanmışdır.
(2. Və Teiserin ölümü Reid tərəfindən olmuşdur. Hətta Reid bunu etiraf etmiş onu öldürmədiyi halda özünün öldürüləcəyini düşündüyü üçün bunu etdiyini söyləmişdir. Və Con Braunun oğlu köləlik tərəfdarlarının Osawatomie basqını zamanı ölmüşdür.
(3. Con braunun silahlı birləşmələrinin sayı heç vaxt 40 nəfərdən çox olmamışdır
(4. Filmdə con braunun zənciləri buraxmağı hətta anbarda yanmağa tərk etməsi düzgün deyil (adamın silahlı insanlara ehtiyacı var yandırılmasına izin verənə qəər ordusuna qatar
(5. Filmdəki köləlik əlehdarlarını kölələri yanmağa tərk edərkən kölə tərəfdarlarının onları xilas etməsi olduqca trajikomikdir
(6. Sonda isə mülki vətəndaşları deyil ordu qərargahına hücum edim əsgərləri əsir götürür
(7. Harpers Ferry basqınında da 500 nəfərin onunla birlikdə olduğu deyili bu olduqca şişirdilmişdir dəqiq rəqəmlər vardır və ümumi say ən yaxşı halda 23 nəfərdir
(8. Sonda döyüşdükləri insanlar isə kəndli deyil quldarlardır.)

Popüler Yayınlar